Trend Logistics

Trend Logistics» MMC İSO 10002:2018 Sertifikatını Əldə Etdi!

Trend Logistics» MMC İSO 10002:2018 Sertifikatını Əldə Etdi!

Biz, «Trend Logistics» MMC olaraq, müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin davamlı inkişafına verdiyimiz önəmi bir daha təsdiqləyərək ISO 10002:2018 beynəlxalq standartına uyğunluq sertifikatını əldə etdik!

ISO 10002:2018 sertifikatı müştəri şikayətlərinin idarə olunması sisteminə dair beynəlxalq tələbləri müəyyən edir və təşkilatların xidmət keyfiyyətini artırmağa yönəlmiş ən yaxşı təcrübələri tətbiq etməsinə dəstək verir. Bu sertifikata layiq görülməyimiz «Trend Logistics» MMC olaraq müştəri rəylərini diqqətlə dəyərləndirdiyimizi, onlara operativ və effektiv həllər təqdim etdiyimizi sübut edir.

Biz, «Trend Logistics» MMC komandası olaraq, bu uğuru logistika sahəsində yüksək xidmət standartlarına olan sadiqliyimizin göstəricisi kimi qiymətləndiririk. Gələcəkdə də müştərilərimizə daha keyfiyyətli, etibarlı və innovativ logistika həlləri təqdim etmək üçün inkişaf etməyə davam edəcəyik.

Bizi seçdiyiniz üçün təşəkkür edirik! Sizin etimadınız – bizim ən böyük dəyərimizdir!

#Trendlogistics #logistics #supplychain #ISOcertificate

Sualınız var?

Elə indi əlaqə saxlayın.

Söhbətə başla
💬 Sualınız var?
Salam!
Sizə necə kömək edə bilərik?