Trend Logistics MMC fəaliyyətini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək, logistika və gömrük təmsilçiliyi sahəsində qabaqcıl təcrübələrin tətbiqini təşviq etmək məqsədilə “Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası”na (AGTL) üzv olmuşdur.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 01 may 2020-ci il tarixində qeydiyyata alınmış AGTL, Beynəlxalq Gömrük Brokerləri Assosiasiyaları Federasiyasının (IFCBA) üzvü olmaqla yanaşı, logistika və gömrük sahəsində regionda və beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.
Assosiasiyanın fəaliyyət istiqamətlərinə logistika və təchizat zənciri sahəsində innovasiyaların təşviqi, yüklərin tranziti və gömrük rəsmiləşdirilməsi üzrə qabaqcıl təcrübələrin tətbiqi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu təşəbbüslərinin dəstəklənməsi, nəqliyyat və gömrük sənədlərinin rəqəmsallaşdırılması ilə bağlı təşəbbüslərin irəlilədilməsi, eləcə də beynəlxalq forum və konfranslarda şəbəkələşmə imkanlarının yaradılması daxildir.
Trend Logistics MMC olaraq hesab edirik ki, AGTL-yə üzvlük şirkətimizin strateji inkişafında mühüm addım olmaqla yanaşı, Azərbaycanın logistika və gömrük sektorunun beynəlxalq inteqrasiyasına da əlavə dəyər qatacaqdır.
#Trendlogistics #logistics# #supplychain #suupplychainmanagement #broker #gomruk #agtl
Elə indi əlaqə saxlayın.