Ana içeriğe atla

Trend Logistics

Trend Logistics Türkiyədə fəaliyyətə başladı

Trend Logistics beynəlxalq inkişaf strategiyası çərçivəsində fəaliyyət coğrafiyasını genişləndirməyə davam edir. Bu istiqamətdə növbəti mühüm addım olaraq şirkətin Türkiyə ofisi – Trend Group Uluslararası Taşımacılık ve Lojistik Limited Şirketi rəsmi şəkildə 10 aprel 2026-cı il tarixində təsis edilmişdir.

Yeni yaradılmış Türkiyə ofisi şirkətin regionda mövqeyinin gücləndirilməsi, müştərilərə daha operativ və effektiv logistika həllərinin təqdim olunması baxımından strateji əhəmiyyət daşıyır. Trend Logistics bu addımı ilə beynəlxalq daşımalar sahəsində xidmət keyfiyyətini daha da yüksəltməyi və regional əməkdaşlıqları genişləndirməyi hədəfləyir.

Şirkət gələcək dövrdə Türkiyə bazarında aktiv fəaliyyət göstərərək, müasir logistika həlləri ilə müştərilərinə əlavə dəyər yaratmağa davam edəcək.

Trend Logistics MMC beynəlxalq logistika sahəsində fəaliyyətini daha da genişləndirərək dünyanın ən böyük logistika platformalarından biri olan JCtrans şəbəkəsinə Premium üzv qəbul edildi.

JCtrans – 230-dan artıq ölkədə minlərlə logistika şirkətini birləşdirən qlobal platformadır. Bu üzvlük Trend Logistics MMC-yə beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirməyə, xidmət keyfiyyətini artırmağa və müştərilərinə daha çevik, etibarlı həllər təqdim etməyə imkan verəcək.

Şirkətimizin Premium üzv statusu beynəlxalq bazarda etibarlılığımızın və peşəkarlığımızın göstəricisi olmaqla yanaşı, müştərilərimiz üçün əlavə güvən yaradır.

Trend Logistics MMC olaraq, beynəlxalq daşımalar və gömrük-logistika xidmətlərində daha innovativ və sürətli həllər təqdim etmək üçün fəaliyyətimizi davam etdiririk.

#logistics #supplychain management #jctrans #azerbaijan #china #freightforwarder #freightforvarder #railway #shipping